Menu

Azər Talıbov nazir müavini təyin edildi - Rusiyada

30.01.2017, 21:55
Azər Talıbov nazir müavini təyin edildi - Rusiyada

O, bu təyinata qədər Mərkəzi Bank sədrinin katibliyinin rəhbəri vəzifəsini tutub

Rusiyanın baş naziri Dmitri Medvedev Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.

"Report" "TASS"-a istinadən xəbər verir ki, bu barədə hökumətin saytında xəbər verilib.

"Azər Mütəllim oğlu Talıbov iqtisadi inkişaf nazirinin müavini təyin edilsin" – deyə sənəddə bildirilir.

O, bu təyinata qədər Mərkəzi Bank sədrinin katibliyinin rəhbəri vəzifəsini tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol