Menu

«Doyçe Bank» Rusiyadan 10 milyard dollar çıxardıb! - 630 milyon dollar cərimə ödəyəcək

31.01.2017, 17:47
«Doyçe Bank» Rusiyadan 10 milyard dollar çıxardıb! - 630 milyon dollar cərimə ödəyəcək

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, «Doyçe Bank» qeyri-leqal sxem üzrə Rusiyadan 10 milyard dollar vəsaiti çıxardığına görə, 630 milyon dollar cərimə ödəyəcək.

Almaniyanın nəhəng maliyyə təşkilatı Nyu-Yorkun maliyyə xidməti Departamenti ilə razılaşma imzalayıb. Requlyatorun məlumatında deyilir ki, pullar Rusiyadan necə deyərlər, bankın Nyu-York, Moskva və London ofisləri ilə bağlanmış «güzgü sövdəsi»nin köməyi ilə qeyri-leqal formada çıxarılıb. Bu sxemə 12 şirkət cəlb olunub.

«BBC»-nin verdiyi xəbərə görə, sövdələrin heç biri iqtisadi məqsədyönlülük əlamətlərinə malik deyil.

Ötən ilin dekabrında Rusiya Bankı «Doyçe Bank»ı, Moskva ofisində daxili nəzarət qaydalarını pozduğuna görə, 300 min rubl cərimələmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol