Menu

Ukrayna sutka ərzində 2 hərbçisini itirib, 6-sı yaralanıb

01.02.2017, 22:09

1408956373_rus-ordusu-ukrayna-1Münaqişə zonasında vəziyyət neçə gündür gərgin olaraq qalır

Günün əvvəlindən Ukraynanın anti-terror əməliyyatı (ATƏ) zonasında separatçıların açdığı atəş nəticəsində iki hərbçi ölüb, daha altısı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ATƏ-nin mətbuat xidmətinə istinadən UNN məlumat yayıb.

"... İki hərbçimiz ölüb, altısı yaralanıb", - deyə məlumatda bildirilir.

Ötən sutka ərzində ATƏ zonasında vəziyyətin gərginləşməsi nəticəsində Ukraynanın 1 hərbçisi ölüb, 18-i yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol