Menu

Rusiya, Belarusla sərhədi boyunca «sərhəd zonası rejimi» tətbiq edir

02.02.2017, 10:50
Rusiya, Belarusla sərhədi boyunca «sərhəd zonası rejimi» tətbiq edir

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Belarusla sərhəd boyunca «sərhəd zonası rejimi» tətbiq edir. Bu qərar sərhədin Bryansk, Smolensk və Pskov vilayətləri hissəsinə şamil olunur.

Bu barədə hüquq-informasiya internet portalında və «Rossiyskaya qazeta»da dərc olunmuş əmrlərdə söhbət açılır.

Bundan əvvəl Smolensk vilayətində sərhəd zonası yox idi, Bryansk və Pskov vilayətlərində isə sərhəd zonası Ukrayna, Latviya və Estoniya ilə sərhəd boyunca fəaliyyət göstərirdi. Əmr layihəsinin izahedici mətnində deyilir ki, beləliklə, FTX ölkə sərhədlərinin qorunması şəraitini və hüquqpozmalarla mübarizəni yaxşılaşdırmaq məqsədi güdür.

Bu arada, Minsk 80 dövlətin vətəndaşları üçün ölkəyə giriş qaydalarını sadələşdirib. Bu zaman Moskvada qeyd ediblər ki, Belarus tərəfi Rusiya ilə lazımi məsləhətləşmələr aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol