Menu

Belarus «Putin bokları»ndan çıxır!

02.02.2017, 12:51

RUSSIA-BELARUS-POLITICS-DIPLOMACYAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Belarus Avrasiya İqtisadi Birliyindən (AAİB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və mümkündür ki, hətta müttəfiq dövlət müqaviləsindən çıxmağa hazırlaşır.

Bu barədə məlumatlı mənbəyə istinadla, «Reqnum» agentliyi yayıb. Agentliyin məlumatına görə, Moskvada Belarusun müstəqil dövlət olmaq istəyinə anlayışla yanaşırlar və ona görə də bu məsələyə yönəlik səs-küylü bəyanatlar verməyəcəklər.

Bəzi məlumatlara görə, Vladimir Putin və Aleksandr Lukaşenko fevralın birinci yarısında Moskvada görüşəcəklər. Moskva gürüşün fevralın 9-da keçirilməsini təklif edib, ancaq hələlik Minskdən bir cavab yoxdur.

Rusiya və Belarus hələ ki, təbii yanar qazın qiymətində razılığa gələ bilməyib. Bununla yanaşı, tezliklə Rusiyanın Belarusla sərhədi boyunca sərhəd zonası yaradılacaq. Bu, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) başçısı Aleksandr Bortnikovün sərəncamıdır. Rəsmi Moskva bunu belə izah edir ki, Aleksandr Lukaşenko 80 ölkənin vətəndaşlapının Belarusa vizasız girişi rejimini tətbiq edib.

Rusiyanın bu addımı gerçəkdən, qeyri-leqal miqrantlara nəzarəti gücləndirə bilər. Bu fikri «21-ci əsr miqrasiya» Fondunun prezidenti Vyaçeslav Postavnin səsləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol