Xəbər verdiyimiz kimi, 2 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,9111 səviyyəsində formalaşmışdır. Bu gün səhər rəsmi məzənnə 1.92 manat səviyyəsində elan edilmişdi.
“Marja” xəbər verir ki, hərracda dolların ucuzlaşmasının ardından banklar da alış və satış qiymətlərini aşağı salmağa başlayıblar.
Kapital Bank Dolların satış qiymətini 1.94 manatdan 1.9350 manata, Amrahbank isə 1.9450 manatdan 1.9350 manata endirib.
Dolların alış qiymətini Unibank 1.91 manatdan 1.90 manata, Amrahbank 1.9150 manatdan 1.9050 manata, Turanbank 1.92 manatdan 1.91 manata salıb.

Şərhlər