Menu

İki uşaq anası intihar etdi

03.02.2017, 12:01
İki uşaq anası intihar etdi

Lənkəran rayonunda 32 yaşlı qadın intihar edib.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Osakücə kəndində baş verib.

İki uşaq anası olan 1985-ci il təvəllüdlü Həbibova Xalidə Babarza qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisədən həyat yoldaşı xəbərdar olub və polis şöbəsinə məlumat verib.

Hadisə yerinin müayinəsi zamanı intihar faktı təsdiqlənib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol