Menu

“Trampın göstərişləri qəbuledilməzdir” - Fransa

03.02.2017, 20:30

fransua_olland_120514ABŞ prezidenti Donald Tramp Avropa Birliyinə təzyiq edir.

Axar.az xəbər verir ki, bunu AB ölkələri liderlərinin Valettadakı qeyri-rəsmi sammitində çıxışı zamanı Fransa prezidenti Fransua Olland söyləyib.

“Trampın AB-yə hansı yöndə inkişaf etməsi haqqında göstərişlər verməsi qəbuledilməzdir. Çox ölkələr anlamalıdırlar ki, onlar ABŞ-la danışıqları AB üzvü kimi aparmalıdırlar. Yalnız bunu edəndən sonra öz istiqamətlərini ikitərəfli münasibətlərə yönəldə bilərlər”, – Olland bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol