AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Polşa Rusiyadan aldığı qazı Norveç qazı ilə diversifikasiya edir. Bu barədə «Naftoqaz» özünün «Feysbuuk» səhifəsində xəbər yayıb.
«Poşalılar aktiv fəaliyyətə keçirlər. Güman ki, Baltik boru kəməri ilə Polşaya daxil olacaq Norveç qazı, diversififikasiya sayəsində, polyaklara siyasi qaz təzyiqinə qarşı qarantiya almağa kömək edəcək» - deyə, xəbərdə qeyd olunur.
«Naftoqaz»ın fikrincə, indi Polşa Rusiyadan asılı olmayan alternativ qaz mənbəyi əldə edəcək.
«Polşanın bu təşəbbüsü Ukrayna üçün də faydalı olacaq. Biz, Polşadan keçməklə, həmin Norveç qazına giriş əldə edə biləcəyik. Həm də Baltikdəki Polşa terminalı vasitəsilə sıxılmış qaza çıxış mümkün olacaq» - deyə, Ukrayna şirkəti qeyd edir.


Şərhlər