Menu

Bərdədə məcburi köçkün qadın intihar edib

05.02.2017, 21:03
Bərdədə məcburi köçkün qadın intihar edib

Bərdədə 66 yaşlı qadın özünü binadan ataraq intihar edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə hadisə rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.

Bərdədə bina 2, mənzil 38 ünvanında yaşayan Ağdam rayon Mərzili kəndindən məcburi köçkün 1956-cı il təvəllüdlü Eminova Sahibə Allahverdi qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.

APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, S. Eminova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çıxış yolunu intiharda görüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğu araşdırma başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol