Menu

Bakıda 57 yaşlı kişi intihar edib

06.02.2017, 10:09
Bakıda 57 yaşlı kişi intihar edib

Bakıda intihar hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 38 ünvanında yaşayan 1950-ci il təvəllüdlü Yaşar Əliyev özünü həyətdə ağacdan kəndirlə asaraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol