AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp öz biznesindən gəlir götürməkdə davam edir.
«Vaşinqton Post» qəzetinin yazdığına görə, Ağ evin başçısı hüquqi cəhətdən öz oğlunun nəzarəti altında olan fondun yeganə benefisiarı olaraq qalır.
Sərəncamında olan sənədlərin araşdırılmasından sonra, «Vaşinqton Post» qəzeti yazıb ki, ABŞ Prezidenti Donald Tramp əvvəlki kimi, öz biznesindən gəlir əldə edir.
Xatırladaq ki, Prezident postuna oturmamışdan əvvəl Tramp özünün bütün aktivlərini trast fonduna köçürəcəyini, fondun rəhbərliyini isə öz uşaqlarına ötürəcəyini vəd etmişdi.
Ancaq əldə olan sənədlərdən görünür ki, Donald Tramp fondun yeganə benefisiarı olaraq qalır, fondun özünə isə hüquqi baxımdan onun böyük oğlu nəzarət edir. Bununla yanaşı, Ağ evin sahibi hələ də «trast»ı ləğv etmək səlahiyyətlərini özündə saxlayır.

Şərhlər