Menu

Rusiya AŞPA-ya qayıtmaq şərtini açıqlayıb

07.02.2017, 13:59
Rusiya AŞPA-ya qayıtmaq şərtini açıqlayıb

Rusiya Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtmaq şərtini açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski ölkəsinin AŞPA-nın reqlamenti dəyişməyənə qədər bu təşkilata qayıtmayacağını söyləyib: “Nə qədər ki, Avropa Şurası Parlament Assambleyasının reqlamentinə yenidən baxılmayıb, biz bu qurumun işində tam formatda iştirak etməyəcəyik”.

Qeyd edək ki, AŞPA 2014-2015-ci illərdə Krımın Rusiya tərəfindən ilhaqından sonra bu ölkənin nümayəndə heyəti səsvermə, AŞ orqanlarının işində iştirak və seçkilərin monitorinqi hüququndan məhrum edib. Rusiya nümayəndə heyəti isə buna cavab olaraq AŞPA-dakı fəaliyyətini dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol