Menu

Goranboyda "Opel" dərəyə aşıb - Sürücü ölüb

07.02.2017, 21:50
Goranboyda "Opel" dərəyə aşıb - Sürücü ölüb

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, qəza rayonun Ağcakənd yolunun Tatarlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Goranboy rayon sakini, 32 yaşlı Mahir Mirzəyevin idarə etdiyi "Opel" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə zərbənin gücündən sürücü avtomobildən bir neçə metr kənara düşərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol