«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Asiya-Sakit okean bölgəsində iştirakını artırmaq niyyətindədir.
Prezident Donald Tramp bəyan edib ki, onun ölkəsi Asiya-Sakit okean bölgəsində təhlükəsizliklə bağlı məsələlərin həllindəki iştirakını artırmaqda davam edəcək.
Ağ Evin xəbərinə görə, Yeni Zelandiyanın Baş naziri Bill İnqlişlə telefon söhbəti zamanı Tramp bəyan edib ki, Vaşinqton Asiyanın problemlərinə «güclü və aktiv cəlbolunma»nın tərəfdarıdır.
Xəbərdə qeyd olunduğuna görə, tərəflər «regional təhlükəsizliklə bağlı çağırışlar»a toxunaraq, təsdiqləyiblər ki, onları «sıx dostluq və müttəfiqlik münasibətləri» birləşdirir.


Şərhlər