Menu

Misir Mərdanov onun dövrü ilə bağlı tənqidə cavab verdi - "Mənim fəaliyyətimi..."

08.02.2017, 23:36
Misir Mərdanov onun dövrü ilə bağlı tənqidə cavab verdi - "Mənim fəaliyyətimi..."

Xəbər verdiyimiz kimi, bu gün təhsil naziri Mikayıl Cabbarov keçmiş həmkarı Misir Mərdanovun fəaliyyətini tənqid edib.

O deyib ki, müşahidələr nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin ali təhsil sistemində o dövrdə olmaması problemi aşkarlanıb.

"AzPolitika.info" xəbər verir ki, məsələ ilə bağlı unikal.org-un əməkdaşı 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri Misir Mərdanovun fikirlərini öyrənib.

O, bu barədə danışmaq istəmədiyini deyib: "Xahiş edirəm, bu barədə mənə sual verməyin, mən danışmayım. Mənim fəaliyyətimi cəmiyyət, Allah bilər. Gördüyüm işlərə qiymət vermək məsələsinə mən qarışmıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol