Menu

"Lapşin məsələsi Rusiya və İsrailin işidir" - Erməni politoloq

09.02.2017, 00:55
"Lapşin məsələsi Rusiya və İsrailin işidir" - Erməni politoloq

Bloqqer Aleksandr Lapşin məsələsinin Ermənistana aidiyyəti yoxdur, bu, Rusiya və İsrailin işidir.

"Report" xəbər verir ki, bunu "Aysor.am"a erməni politoloq Sergey Minasyan deyib.

"Lapşin işi Rusiya və İsrailə aiddir. Məsələyə bunun Ermənistanın deyil, Rusiya və İsrailin işi olması mövqeyindən yanaşmaq daha düzgün olardı. Ümumiyyətlə, Ermənistanın bu işə cəlb edilməsindən qaçmaq lazımdır", - deyə politoloq bildirib.

Onun fikrincə, erməni tərəfi bunu Ermənistanla əlaqələndirməyə çalışmaqla Azərbaycanın maraqlarına işləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol