Menu

Bakı Mühəndislik Universiteti nazirliyin strukturuna daxil olmayacaq

09.02.2017, 09:49

trend_tehsil_nazirliyi_education_ministre_300615Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

"Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na Bakı Mühəndislik Universiteti əlavə edilib. Bununla da Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin strukturu hesab edilməyəcək.

Xatırladaq ki, Bakı Mühəndislik Universiteti Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə yaradılıb. Fəaliyyəti dayandırılmış Qafqaz Universitetinin tələbələri bu ali məktəbdə təhsil alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol