AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avstriya hökuməti qeyri-leqal miqrantlardan qorunmaq məqsədilə Avropa İttifaqının (Aİ) digər üzv ölkələrinə öz hərbçilərini göndərmək niyyətindədir. Xəbəri «Die Welt» nəşri yayıb.
Avstriyanın müdafiə naziri Hans Peter Doskozil bəyan edib ki, ölkəsi 16 ölkədən biridir ki, «balkan marşrutu» adlandırılan sxem üzrə miqrantlar onun ərazisindən keçməklə, Yunanıstandan Aİ-nın digər ölkələrinə hərəkət edirlər.
«Qərbi Balkandan keçən marşrut hələ ki, lazımi səviyyələ qorunmur. Təəssüf ki, hələ də insan alveçiləri fəaliyyət göstərirlər. Əgər miqrantların miqyaslı axını varsa, sərhədyanı ölkələr buna təcili reaksiya vermək imkarında olmalıdırlar» - deyə, nazir bəyan edib.
Avstriya hökuməti qanunvericiliyin dəyişdirilməsi üzərində iş aparır. Bu dəyişikliklər humanitar məqsədlərdən savayı, digər məqsədlər üçün də başqa dövlətlərə hərbçilər göndərməyə imkan yaradacaq.
2015-ci ildə 90 min insan Avstriyada sığınacaq istəyib, daha yüzlərlə miqrant ölkə ərazisindən keçməklə, Aİ-nın digər dövlətlərinə gedib.


Şərhlər