Menu

Dünyanın ən gözəl avtomobili seçildi – FOTO

09.02.2017, 13:47
Dünyanın ən gözəl avtomobili seçildi – FOTO

Avtomobilin ağırlığı 1600 kq-dır. Motor 350 at gücündədir

Parisdə təşkil olunan 32-ci “Festival Automobile İnternational” ən gözəl avtomobili seçib. A24.az  xəbər verir ki, “Renault TREZOR” isti, duyğu dolu və zərif xətləri ilə bu naminasiyanın qalibi olub. Avtomobilin önündə son dərəcədə zərif “C hərfi” formalı işıqlar var. Salonda sensor ekranlar yer alır. Ən maraqlı məqam maşının qapılarının açılma geometriyasıdır. 2 qapıdan ibarət sürücü sütununa tavanın yuxarıya doğru qaldırılması ilə əyləşə bilərsiniz. Avtomobilin ağırlığı 1600 kq-dır. Motor 350 at gücünə sahibdir. 0-100 km-ə 4 saniyədə çatır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol