Bu gün Texniki Humanitar Liseyində şagirdlər və onların valideynləri aksiya keçiriblər.
İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, buna səbəb test imtahanlarının düzgün keçirilməməsi olub.Etiraz edən valideynlər bildiriblər ki, onların narazılığına səbəb 6-cı sinif şagirdlərinin test suallarına 7 və 8-ci siniflərin dərslik kitablarından sualların salınması, həmçinin yaxşı oxuyan şagirdlərin liseydən qovulması ilə bağlı xəbərdarlığın edilməsidir.
Şagird və valideynlər liseyin direktoru Simuzər Əliyevanın istefa verməsini istəyirlər.
Onların bildirdiyinə görə, bu lisey yeganə ödənişsiz liseydir və məhz lisey rəhbərliyi ödənişli sistemə keçmək üçün şagirdləri liseydən uzaqlaşdırmaq istəyir.
Şagirdlər istefa şüarı səsləndiriblər, sonda təhsil müəssisəsinə polis çağırılıb.
İslamazeri.az-a həmçinin valideynlər bildiriblər ki, liseyin direktoru Simuzər Əliyeva iki dəfə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılıb.


---------------

İlkin məlumata görə, tələbələrin aksiya keçirməsinin səbəbləri onların keçiriləcək yay imtahanları ilə bağlı bəzi narazılıqlarından qaynaqlanır.
Aksiya iştirakçıları liseyin direktoru Simuzər Əliyevanın istefasını tələb ediblər.

Şərhlər