Menu

ABŞ-ın yeni dövlət katibi Moqerini ilə görüşüb

10.02.2017, 01:29
ABŞ-ın yeni dövlət katibi Moqerini ilə görüşüb

Görüş bağlı qapılar arxasında keçirilib

ABŞ-ın yeni dövlət katibi Reks Tillerson Avropa diplomatiyasının rəhbəri Federiko Moqerini ilə ilk görüşünü keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin məlumatında bildirilir.

Protokol çəkilişləri zamanı Moqerini "ABŞ və Avropa İttifaqı münasibətlərində nəsə dəyişəcəkmi?" sualına "Biz birlikdə əla işləməyi davam etdirəcəyik", - deyə cavab verib.

Görüş bağlı qapılar arxasında keçirilib. Ardınca Moqerini öz "Twitter" səhifəsində görüş haqqında bunları yazıb:

"Görüş yaxşı keçdi. Biz Suriya, Ukrayna və bir çox digər məsələlər üzrə ABŞ-Aİ əməkdaşlığını davam etdirəcəyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol