Talibana silah göndərməyimizlə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“ABŞ generalı Con Nikolsonun açıqlamasını yalnız təxribat xarakterli adlandıra bilərik. Bunun başqa cür izahı yoxdur. Belə məlumatlar ABŞ-ın uğursuzluğunu açıq şəkildə göstərir”, - bəyanatda bildirilib.
Qeyd edək ki, Nikolson hesabat xarakterli açıqlamasında Rusiya, İran və Pakistanın Talibana dəstək verərək Əfqanıstanda sabitliyi pozduğunu bildirib.

Şərhlər