AzPolitika.info Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, fevralın 15-16-da Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək Suriya danışıqlarında iştirak etmək üçün Suriya silahlı müxalifətinin və Dəməşqin nümayəndələrinə dəvət göndərilib. Bundan başqa danışıqlarda iştirak etmək üçün ABŞ nümayəndəsi də müşahidəçi qismində dəvət olunub. Xəbəri Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) yayıb.
«Astanada keçiriləcək bu görüşə həm də İordaniya Haşimi Krallığının nümayəndələri, BMT Baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura də dəvət olunub» - deyə, Qazaxıstan XİN-nin bu gün yaydığı xəbərdə qeyd olunur.
Zamin ölkələrin - Rusiya, Türkiyə və İranın yaydığı xəbərə görə, görüşdə Suriya Respublikası ərazisində döyüşlərin dayandırılması rejiminə əməl olunmasının vəziyyəti və konkret yerlərdə vəziyyətin sabitləşdirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunacaq.


Şərhlər