Menu

Bakıda elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib

12.02.2017, 21:11
Bakıda elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib

Nəticədə elektrik xətləri yanaraq sıradan çıxıb.

Axşam saatlarında paytaxtda yüksək gərginlikli elektrik naqilində partlayışla nəticələnmiş yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, magistral yolun ortasındakı yüksək gərginlikli elektrik naqil xətlərində əvvəlcə partlayış olub. Bundan sonra isə naqillərdə yanğın əmələ gəlib. Nəticədə elektrik xətləri yanaraq sıradan çıxıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol