Menu

Son iki gündə 3 qadın, bir uşaq dəm qazının qurbanı olub

13.02.2017, 12:37
Son iki gündə 3 qadın, bir uşaq dəm qazının qurbanı olub

Son iki gündə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 11-də Şirvan şəhər sakini Xəyalə Qubadlı Səbail rayonu ərazisində kirayədə yaşadığı mənzildə, Nərimanov rayonu ərazisində yaşayan Ruhəngiz Şərifov mənzilində dəm qazından zəhərlənərək ölüblər.

Bundan başqa, fevralın 12-də Binəqədi qəsəbəsində yaşayan Gülnarə Kərimova və 9 yaşlı oğlu Murad evlərində dəm qazından zəhərlənərək ölüblər.

Faktlarla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol