AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, 160-dan artıq xilasedici Altay diyarındakı Teletsk gölü hövzəsində qəzaya uğramış «Robinson R-66» vertolyotunun axtarışına başlayıb. Xəbəri «RİA Novosti» agentliyi yayıb.
Xəbər verilir ki, Fövqəladə hallar naziriyinin (FHN) xilasedici qruplaşması Teletsk görünün sahiinə gəlib və hava gəmisinin axtarışını kordinasiya etmək üçün burada düşərgə qurur.
Xatırladaq ki, bazar günü Moskva vaxtı ilə saat 16:20-də qəzanın şahidi xəbər verib ki, Teletsk gölü rayonunda (Altay respublikası) vertolyot yerə çırpılıb.
İlkin məlumata görə, hava gəmisinin göyərtəsində 5 nəfər, o cümlədən, bölgənin Baş nazirinin sabiq müavini Anatoli Bannıx olub.
Nəzərdə olan versiyalara görə, vertolyot pilotların səhvi və ya pis hava şəraiti səbəbindən düşə bilərdi.

Şərhlər