Menu

Kaliforniyada 190 minə yaxın insan təxliyyə olunur! - Daşqın təhlükəsi altında

13.02.2017, 14:40
Kaliforniyada 190 minə yaxın insan təxliyyə olunur! - Daşqın təhlükəsi altında

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Kaliforniya şatatında (ABŞ) ən azı 188 min nəfər sakin subasma təhlükəsi altında öz evini tərk etməlidir. Xəbəri «Associated Press» agentliyi yayıb. Davamlı yağıntı səbəbilə, bölgədəki çaylarda suyun səviyyəsi kəskin qalxıb və hakimiyyət orqanları ehtiyat edirlər ki, ABŞ-da ən böyük «Orovill» bəndi bu təzyiqə dözə bilməz.

Bəndin hündürlüyü 235 metrdir və San-Fransiskodan 240 kilomet şimal-şərqdəki Orovill gölü üzərində yerləşir.

Təxliyyə barədə qərar bazar günü (12 fevral) elan olunub. Mühəndislər bəndin konstruksiyalarında erroziya izləri aşkar ediblər. Bundan başqa, bənddə ölçüləri 60x90 metr olan sızıntı deşiyi qeydə alınıb. Deşik genişlənməkdə davam edir. Hakimiyyət orqanları əhalini xəbərdar edir ki, ixtiyari anda bənddən su axını baş verə və yaxın şəhərlər su altında qala bilər.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, bazar günü axşama yaxın göldə suyun səviyyəsi düşüb və bəndin zədəli hissəsi onların düşündüyü qədər də sürətlə «yuyulmur». Ancaq hələlik mütəxəssislər bənddə güclü su axınının baş verib-verməyəcəyi barədə qəti fikir söyləməkdə çətinlik çəkirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol