“Əli İnsanov bildiyimə görə, ərizə verməyib”

“Əfv məlum olduğu kimi birbaşa prezidentin müstəsna səlahiyyətinə aiddir. Amma NİDA-çıların əfv ediləcəyinə inanmıram."  Bunu AzPolitika.info-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.

O, xatırladıb ki, Prezident mütəmadi olaraq, əfv fərmanları imzalayır: “Ümumiyyətlə, əfv fərmanına adları düşən insanlar heç olmasa cəzalarının yarısını çəkmiş şəxslər olur. Əli İnsanovun əfvinə gəlincə isə, onu deyə bilərəm ki, Əli İnsanov bildiyimə görə, ərizə verməyib. Əgər o ərizə ilə müraciət etməsə bu alınana iş deyil. Onun nə üçün əzizə verməməsi haqqında isə heç bir fikrim yoxdur”.

Elçin Behbudov NİDA-çıların əfvi ehtimalından da danışıb: “NİDA-çıların əfv ediləcəyinə inanmıram. Bilmək olmaz, bəlkə sabah Prezident onların əfv elədi. Amma mən NİDA-çıların əfv edilməsi məsləsinə şübhə ilə yanaşıram və bu mənim şəxsi fikrimdir”.

Qeyd edək ki, may ayının 28-də əfv fərmanının imzalanacağı gözlənilir.

Ülkər Musazadə