Menu

"Barselona" PSJ-yə, "Borussiya" "Benfika"ya qarşı - Çempionlar Liqası

14.02.2017, 21:16
"Barselona" PSJ-yə, "Borussiya" "Benfika"ya qarşı - Çempionlar Liqası

Avrokuboklarda 2 aydan çox davam edən fasilə başa çatır.

Qol.az-ın xəbərinə görə, bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriləcək.

İlk oyun gününə iki qarşılaşma nəzərdə tutulub. “Benfika” Dortmundda “Borussiya”nın qonağı olacaq.

Daha maraqla gözlənilən oyun isə Parisdə keçiriləcək. Burada PSJ “Barselona”nı qəbul edəcək. Qrup mərhələsində məğlubiyyətin nə olduğunu bilməyən Fransa təmsilçisi “Barselona” ilə son 3 oyunda məğlub olub.

14 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

TV: TRT-1

1/8 finalın digər ilk oyunları fevralın 15-i, 21-i və 22-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol