Menu

Cozef Danford Azərbaycandan Türkiyəyə gedəcək

16.02.2017, 15:36
Cozef Danford Azərbaycandan Türkiyəyə gedəcək

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford sabah Türkiyəyə səfər edəcək.

APA-nın “milliyet.com.tr”-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. O, ABŞ-ın Türkiyənin PKK terror təşkilatının Suriya qanadı olan YPD-nin silahlı qrupu YPQ ilə bağlı etirazlarını dəyərləndirəcəyini bildirib: “ABŞ Türkiyəyə PKK ilə mübarizədə daha çox yardım göstərəcək”.

Qeyd edək k, Cozef Danford hazırda Bakıdadır. O, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov ilə görüş keçirmək üçün Azərbaycana gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol