Menu

Vəkil Rauf Mirqədirovla görüşüb

20.05.2014, 19:42
Vəkil Rauf Mirqədirovla görüşüb

Vəkil Elmar Süleymanov bu gün həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb.

Bu barədə APA-ya məlumat verən vəkil Elmar Süleymanov bildirib ki, R.Mirqədirovun vəziyyəti yaxşıdır: “Özünü yaxşı hiss edir. İstintaqın gedişində hər hansı yenilik yoxdur”.

Qeyd edək ki, R.Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol