Menu

Rusiya SSRİ-nin sonuncu borcunu ödəyəcək - Yaya qədər

17.02.2017, 17:48
Rusiya SSRİ-nin sonuncu borcunu ödəyəcək - Yaya qədər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyası SSRİ-nin sonuncu borcunu yaya qədər ödəyəcək. Bu barədə «İzvestiya» qəzeti yazıb.

125 milyon dollarlıq bu borcu Bosniya və Hersoqovina alacaq. Ödəmə barədə razılaşma sənədi artıq hazırdır - onu yalnız imzalamaq məsələsi qalır. Bu barədə hökumətdəki mənbə «İzvestiya»ya danışıb.

Qəzetin həmsöhbəti bunu «yaxın ayların məsələsi» adlandırıb. Onun sözlərinə görə, ödəniş bircə tranşla «Vneşekonombank» üzərindən keçəcək. Heç bir çətinlik olmayacaq, yaya qədər məsələ həllini tapacaq.

Maliyyə nazirliyində təsdiqləyiblər ki, SSRİ-dən miras qalmış sonuncu borc tam həcmdə ödəniləcək. İdarədə proqnoz edirlər ki, bu, ilin sonuna qədər baş verəcək. Bu məqsədlə büdcədən dövlət borclarının həlli üçün nəzərdə tutulmuş mənbədən pul ayrılacaq və bundan ayyarım sonra borc ödənəcək.

Bundan əvvəl KİV-lər xəbər vermişdilər ki, Rusiya SSRİ-dən qalmış 60 milyon dollar borcu Makedoniyaya ödəyib.

Keçmiş Yuqoslaviya ölkələrinə SSRİ-nin borcu qarşılıqlı ticarət münasibətlərindən yaranıb. Ekspertlər araşdırıblar ki, SSRİ müdafiə sənayesi məhsullarını və enerji resurslarını bir qiymətə, Yuqoslaviya isə istehlak mallarını SSRİ-yə başqa qiymətə verib. Borc da ixrac-idxal qiymətlərin arasındakı fərqdən yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol