Menu

Jurnalist Rey Kərimoğlu əməliyyat olunub

21.05.2014, 12:50
Jurnalist Rey Kərimoğlu əməliyyat olunub

Jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, Rey Kərimoğlu çənə nahiyəsində ağrılar olduğundan xəstəxanaya müraciət edib. R. Kərimoğluna tüpürcək vəzinin adenoması (xoş xassəli şiş) diaqnozu qoyulub. Əməliyyat bir qədər öncə başa çatıb və R. Kərimoğlu palataya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol