Menu

“Azərsu” Daxili Qoşunları məhkəməyə verdi

21.05.2014, 17:40
“Azərsu” Daxili Qoşunları məhkəməyə verdi

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsini məhkəməyə verib.

“Qafqazinfo”-nun məlumatına görə, ASC məhkəmədən, baş idarədən 38 822 manat məbləğində əsas borc, 6987 manat məbləğində peniya və 20 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 46 min manata yaxın məbləğdə borcun tutulmasını xahiş edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol