CHP millət vəkili Ərdoğana Soma faciəsilə bağlı vicdan dərsi verdi
CHP Manisa millət vəkili Özgür Özel dünən parlamentdəki çıxışı ilə baş nazir Ərdoğanın Soma faciəsinə sərgilədiyi mövqeyinin nə qədər ucuz və insanlıqdan kənar olduğunu isbatladı.
Xatırladaq ki, bu millət vəkili Soma faciəsindən 20 gün əvvəl parlamentdə çıxış edərək, sözügedən mədənlərdə faciənin qaçılmaz olduğu barədə xəbərdarlıq etmişdi. Acaq onun qaldırdığı məsələ AKP-li millət vəkilləri tərəfindən rədd edilmişdi. Bu gün Türkiyədə hər kəs, elə AKP-li deputatlar da həmin xəbərdarlığa vaxtında reaksiya verilmədiyinə təəsüf edir və üzülür. Yalnız Ərdoğan özünü o yerə qoymur və həmin çıxışın siyasi məqsədlərdən qaynaqlandığını iddia edir.
İddia nə olur olsun, amma nəticə göz qabagındadır və görünən odur ki, müxalif CHP-li millət vəkili bu faciənin qarşısını almaq üçün bacardığını edib. Lakin özündən razı və getdikcə öz xalqını ayaqlar altına ataraq siyasi məqsədlərini hər şeydən üstün tutan AKP növbəti faciəyə səbəb oldu. Biz isə bir millət vəkilinin əslində nə qədər cəsarətli və vicdanlı olması nümunəsini oxucularımıza və millət vəkillərimizə (?!) göstərmək üçün Özgür Özelin Soma faciəsindən öncəki və sonrakı çıxışlarını diqqətinizə çatdırırıq.
CƏLAL


Şərhlər