Menu

Bakı Metropoliteni gücləndirilmiş rejimə keçəcək

23.02.2017, 15:44
Bakı Metropoliteni gücləndirilmiş rejimə keçəcək

Fevralın 26-da Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejiminə keçidin səbəbi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədardır.

N.Paşayev əlavə edib: "Metronun "Xətai" stansiyası Xocalı abidəsinə yaxın yer olduğu üçün həmin gün ora daha çox sərnişinin gəlməsi gözlənilir. Ona görə də əsasən həmin stansiya gücləndirilmiş iş rejimində işləyəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol