AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avstriyanın kansleri Kristan Kern Rusiyaya qarşı Avropa İttifaqının (Aİ) sanksiyalarına yenidən baxmağa çağırış edib.
«Blumberq-TV» kanalına verdiyi müsahibədə Kern bəyan edib ki, başqa yanaşmanı nəzərdən keçirməyin vaxtı çatıb.
Kanslerin fikrincə, məhdudlaşdırıcı tədbirlər Ukraynada vəziyyəti yaxşılaşdıra bilmədi. Odur ki, Rusiyaya təsir etmək üçün Avropaya ziyan vurmayan digər üsullar üzərində düşünmək lazımdır.


Şərhlər