Referendumla cümhuriyyətimizi daha güclü bir rəhbərlik altında möhkəmləndirmək istəyirik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisada çıxışı zamanı deyib.
“Biz sizə - xalqımıza aşiqik. Biz Fərhadıq, siz Şirin. Fərhad öz sevgisinə görə dağları yardı. Biz də dağları yara-yara gəlirik. Dağları yarıb tunellər yaratdıq. Bu millət yatanı da görür, işləyəni də. Bizim 25 hava limanımız var idi, indi isə 59-dur. Aprelin 16-da referenduma “hə” demək görəcəyimiz işlərin həyata keçməsinə “hə” deməkdir, qardaşlarım”, - Ərdoğan bildirib.


Şərhlər