Menu

Türkiyədə dəmir yolunda terror aktı törədilib - VİDEO+FOTOLAR

27.02.2017, 16:17
Türkiyədə dəmir yolunda terror aktı törədilib - VİDEO+FOTOLAR

Batman-Diyarbakır istiqamətində hərəkət edən yük qatarının keçdiyi yolda törədilən partlayış nəticəsində 10 vaqon relsdən çıxıb.“Report” "Sabah"a istinadən xəbər verir ki, partlayış nəticəsində ölən və yaralanan olmayıb.

Məlumata görə, partlayış əldəqayırma partlayıcı ilə törədilib.Türkiyənin Diyarbakır əyalətinin Sur rayonunun Çarıklı bələdiyyəsinin Karpuzlu kəndində partlayış olub.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, hadisə kənddən keçən dəmiryol xəttində baş verib.

Partlayış yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib. Hadisə barədə əlavə məlumat yayılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol