Bu gün hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı və Leyla Yunus RATİ-də mətbuat konfransı keçirərək, hüquq müdafiəçisi Mətanət Əzizovanın ailə üzvlərinin məruz qaldığı təzyiqlərdən danışıblar.
Əməkdaşımızın verdiyi məlumata görə, dünən M.Əzizovanın ərinin və azyaşlı oğlunun aeroportdan geri qaytarılması, onların başqa ölkəyə uçmasına imkan verilməməsi siyasi hakimiyyətin Əzizovaya qarşı qərəzinin nəticəsidir və qanunsuzluqdur.
M.Qəhrəmanlı deyib ki, ondan qızının harada olmasını soruşurlar: "Mən heç vaxt bunu deyə bilmərəm. Onun həyatı təhlükədə ola bilər. Onu oradan oğurlaya bilərlər. Ondan Leyla Yunusa qarşı izahat almaq istəyirlər. Mən elə övlad böyütməmişəm ki, kiminsə üzünə dursun. Mən onu qızlığımdan silərəm".
Musavat.com müxbiri yazır ki, Mirvari Qəhrəmanlı şok açıqlama da verib. O, qızına deyib: "Ölsəm belə qayıtma Bakıya. Məni basdıran olacaq, amma səni həbsdən xilas edən olmayacaq. 3 ay müddətində gəlməməlidir. Onu ayın 3-də həbs etmək istəyirdilər. Amma planları baş tutmadı".
Qeyd edək ki, M.Əzizova Sülh və Demokratiya institunun rəhbəri Leyla Yunusun köməkçisidir. Hakimiyyət orqanları L.Yunusa ermənilərlə əməkdaşlıq ittihamı ilə kampaniyaya başladıqları vaxt M.Əzizova xaricə ölkəyə yollanıb vətəhlükəsizliyinə təminat olmadığı üçün ölkəyə qayıtmayıb.
Bununla bağlı M.Əzizovanın anası Mirvari Qəhrəmanlının sağlıq durumunda problemlərin yarandığı barədə də mediada informasiyalar gedib.


Şərhlər