Menu

“Bu, yanlış informasiyadır, belə bir şey yoxdur” - Nazirlik

01.03.2017, 11:20

vergilerVergilər Nazirliyi vergi ödəyicilərinin onlara göndərilən SMS-ləri oxumamasına görə 100 manat məbləğində cərimə ediləcəyi ilə bağl mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

“Report”un məlumatına görə, nazirlik bəyan edib ki, SMS-lərin oxunmamasına görə cərimənin tətbiqi nəzərdə tutulmayıb.

“Bu, yanlış informasiyadır, belə bir şey yoxdur”, - deyə qurum bəyan edib.

Qeyd edək ki, bu barədə məlumatı "Sputnik" agentliyi Vergilər Nazirliyinə istinadən yaymışdı.

SMS-lərə cavab verməyən vətəndaş cərimə olunacaq – 100 MANAT

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol