Bakı Dövlət Universitinin 3 tələbəsi polislər tərəfindən həbs edilib.Bu barədə Qaynar.info-ya hadisə yerində olan tələbələr məlumat veriblər.

Onların sözlərinə Azad Gənclik Təşkilatının 2 üzvü Sübhan Qəmbərli, Tamerlan Feyzullalı və Hüseyn adlı bir gənc polis əməkdaşları tərəfindən BDU-nun həyətində maşına mindirilərək polis bölməsinə aparılıb. Onların konkret hansı bölməyə aparıldığı məlum deyil.

Saxlanılmalarının səbəbi isə 3 gün əvvəl keçirilən flashmobla bağlı olduğu deyilir.

Tələbələr tərəfindən təşkil olunan aksiyanın facebook-da yaradılmış "eventin" də bildirilirdi ki, may ayının 19-na kimi semestr ərzində dərslərdə oturan tələbələrin kəsrlərin ödənişini ödəmək üçün vaxt verilib: "Biz də öz üstümüzə düşəni edirik. May ayının 19-u Bakı Dövlət Universitetinin əsas korpusunun qarşısında saat 13:40 "qəpik" aksiyası keçirdirik. Belə ki, universitetin həyətində, əsasəndə korpusların, hətta əsas korpusunun qarşısında yolunuzla gedərkən yerə qəpik ataraq bu məsələylə bağlı öz fikrinizi bildirə bilərsiniz. Xatırladıram ki, qəpiklər 1-3-5 və 10 qəpik ola bilər. Əgər daha iri məbləğdə yardım etmək istəsəniz buyurun".