Cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus taktiki PUA məhv edilib.
Bu barədə "AzPolitika"ya Müdafiə Nazirliyindən məlumat verilib.
Martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Böyütmək üçün şəkillərə klikləyin
[gallery columns="4" size="full" ids="299876,299877,299878,299879,299880,299881,299882"]


Şərhlər