Menu

Tramp demokratları siyasi mübahisələri qızışdırmaqda ittiham edib

03.03.2017, 09:58
Tramp demokratları siyasi mübahisələri qızışdırmaqda ittiham edib

ABŞ prezidenti Donald Tramp Demokrat Partiyası tərəfdarlarını siyasi mübahisələri qızışdırmaqda ittiham edib.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, o hesab edir ki, baş prokuror Ceff Seşns Rusiyanın rəsmi şəxsləri ilə əlaqələri barədə məlumata daha dəqiq yanaşa bilərdi.

"Cef Seşns vicdanlı adamdır. O, pis bir söz deməyib. O daha dəqiq cavab verə bilərdi, lakin belə bir niyyətinin olmadığı aydın görünür", — deyə Tramp qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol