Menu

Aralıq dənizində 500-dən çox miqrant xilas olunub

05.03.2017, 23:42
Aralıq dənizində 500-dən çox miqrant xilas olunub

Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 503 miqrant xilas olunub.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, rezin qayıqlarda 358 kişi, 29 qadın və 116 uşaq olub.

Norveç Hərbi-Dəniz Qüvvələrinə məxsus hərbi gəminin həyata keçirdiyi əməliyyat zamanı ağır xəstəlikdən əziyyət çəkən 16 yaşlı miqrant ölüb. İnsan alverində şübhəli bilinən 2 şəxs isə saxlanılaraq İtaliya sahil mühafizə xidmətinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol