Menu

Rusiya səfirinin qətli işi ilə bağlı rus qadın saxlanıldı

06.03.2017, 11:14
Rusiya səfirinin qətli işi ilə bağlı rus qadın saxlanıldı

Türkiyədə Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə 33 yaşlı RF vətəndaşı saxlanılıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan Yekaterina B.-nin qatillə yaxın əlaqəsi olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Bundan əvvəl A.Karlovun qətlə yetirilməsi işi üzrə ikisi polis əməkdaşı olmaqla 3 nəfər saxlanılıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki sabiq səfəri A.Karlov ötən il dekabrın 19-da Ankarada fotosərgidə çıxışı zamanı güllələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol