Menu

Avstriya qaçqınların Aİ-dan kənarda yerləşdirilməsini təklif edir

06.03.2017, 11:05
Avstriya qaçqınların Aİ-dan kənarda yerləşdirilməsini təklif edir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avstriya hökuməti qaçqınların Avropa İttifaqının (AT) sərhədlərindən kənarda yerləşdirilməsi təklifi ilə çıxış edib.

Avstriya Xarici İşlər Nazirliyinin (XİN) başçısı Sebastyan Kurts «Bild» qəzetinə verdiyi müsahibədə deyib ki, bunun üçün Misirdə, Gürcüstanda və ya Balkanlarda qaçqın düşərgələri yaratmaq olar.

Bununla yanaşı, Kurts Almaniyanın kansleri Angela Merkelin immiqrasiya siyasətini tənqid atəşinə tutub. O, deyib ki, Merkelin niyyəti alicənablıqdır, ancaq kansler nəzərə almır ki, qaçqın axınlarının artması həmişəlik Avropa İttifaqında qalmaq arzusunda olanların sayının çoxalmasına gətirib çıxaracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol