Menu

“İmperiyanı, SSRİ-ni bərpa etməyə hazırlaşmırıq”- Putin

24.05.2014, 20:27
“İmperiyanı, SSRİ-ni bərpa etməyə hazırlaşmırıq”- Putin

“Rusiyanın postsovet məkanında öz təsirini bərqərar eləməyə çalışdığı haqda iddialar yanlışdır. Bu, informasiya mübarizəsinin bir elementidir”. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, belə bir açıqlamanı Rusiya prezidenti Vladimir Putin bu gün Peterburqda dünya KİV-lərinin rəhbərləri ilə görüşündə verib.

“Bizə belə bir yarlıq yapışdırmaq istəyirlər ki, guya imperiyanı, Sovet İttifaqını bərpa eləmək, hamını öz təsirimiz altına salmağa çalışırıq. Bu, qəti şəkildə həqiqətə uyğun deyil”, - deyə o bildirib.

Putinin iddiasına görə, Krımın Rusiyaya birləşdirilməsi planı da mövcud olmayıb. “Rusiya postsovet məkanında inteqrasiya proseslərini SSRİ-ni və ya imperiyanın bərpa eləmək üçün yox, postsovet məkanında yaradılan ölkələrin konkret üstünlüklərindən istifadə eləmək üçün qaydaya salmağa səy edir” – deyib Kreml başçısı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol