Menu

Kabildə hospitala hücum nəticəsində 30-dan çox insan ölüb

08.03.2017, 16:40

kabilƏfqanıstan təhlükəsizlik qüvvələri saatlarla davam edən atışmadan sonra Kabildə hərbi hospitala hücum edən silahlıların hamısını məhv edib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında hospitala 5 silahlı hücum çəkib.

Silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq hospitalın girişində partlayış törədib. Digər 4 silahlı həkim xələtində hospitala daxil olub. Əfqanıstan Daxili İşlər Nazirliyi artıq əməliyyatın tam başa çatdığını, hospitaldakı silahlıların hamısının öldürüldüyünü açıqlayıb.

Hospitala hücum nəticəsində 30-dan çox insan ölüb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol